Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
29 Aprel 2024 14:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
Görüşdə Şamaxı Rayon İcra Hakimiyyətinin, Şamaxı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin, Şamaxı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional bölməsinin və yerli bələdiyyələrin əməkdaşları da iştirak ediblər.
Tədbirdə heyvandarlıq təsərrüfatlarının sahiblərinə və fermerlərə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah edilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Heyvan mənşəli məhsullarda preparat qalıqlarının yaranmasının qarşısını necə almaq olar?
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən heyvan mənşəli məhsullarda baytarlıq preparatlarının qalıqlarına dair yeni videoçarx hazırlanıb.
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Cənubi Afrika Respublikasının Şərqi Keyp əyalətində dabaq, Almaniya Federativ Respublikasının Reynland-Pfalts vilayətində isə blutanq xəstəliyi qeydə alınıb.
Respublika ərazisində müxtəlif növ heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində bioloji təhlükəsizliyin qorunması, eləcə də xüsusi təhlükəli, zoonoz, ekzotik xəstəliklərin erkən aşkarlanması və çevik cavab tədbirlərinin vaxtında həyata keçirilməsi məqsədilə tədbirlər həyata keçirir.